» » Yol polisi icra başçısının maşınını cərimə meydançasına saldı


Yol polisi icra başçısının maşınını cərimə meydançasına saldı

13-09-2015, 16:54
Oxunub: 1353
Çap et
Yol polisi icra başçısının maşınını cərimə meydançasına saldıDünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.milliyyet.az Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş «FiFa» siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndəarovun xidməti avtomobilidir.
Bundan əvvəl də Avtosfer.az-da həmin avtomobilin «fifa» siqnalı və sayrışan işıqları barədə məlumat vermişdik. Bildirmişdik ki, icra başçılarının xidməti avtomobillərində bu cür vasitələrdən istifadə qanuna ziddidir. Çünki həmin siqnal və sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrinə vurula bilər. İcra başçısının xidməti avtomobili isə operativ nəqliyyat vasitəsi hesab oluna bilməz.



Reytinq: