» » Habil Əliyev dünyasını dəyişdi


Habil Əliyev dünyasını dəyişdi

8-09-2015, 23:51
Oxunub: 803
Çap et
Xalq artisti uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Habil Əliyev dünyasını dəyişdi
Xalq artisti Habil Əliyev dünyasını dəyişib.

milliyyet.az xəbər verir ki, bu barədə ANS PRESS-ə xalq artistinin yaxınları məlumat verib.

Onların sözlərinıə görə, Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.

Allah rəhmət eləsin!



Reytinq: