» » Azərbaycanda ehtiyatda olan hərbçilər yenidən geri çağırılır - Rəsmi açıqlama


Azərbaycanda ehtiyatda olan hərbçilər yenidən geri çağırılır - Rəsmi açıqlama

8-09-2015, 22:30
Oxunub: 540
Çap et
Azərbaycanda ehtiyatda olan hərbçilər yenidən geri çağırılır - Rəsmi açıqlama
Hərbi Xidməti bitirib ehtiyyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılırlar. Bunlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən hərbi xidmətə göndərilən və hərbi xidmətini uzun müddət əvvəl başa vuran İsmixan Zeynalovdur.

Onun sözlərinə görə, bir neçə gün əvvəl ailəsinə İsmixanın hərbi bileti ilə birgə xidmətə göndərildiyi komissarlığa gəlməsi bərədə məktub göndərilib.

Məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininTovuz rayon şöbəsindən təsdiqlədilər və bildirdilər ki, İsmixan kimi xidməti başa vuran gənclərin bir hissəsinə belə məktublar göndərilib:

"Bəzi xidmət keçən gənclərə məktub göndərmişik. Onlar hərbi biletləri ilə şöbəmizə gəldikdən sonra biz onları qeydiyyata alıb xidmət etdikləri hərbi hissələrə göndərəcəyik. Onlar orada hərbi təlim keçəcəklər. Lakin hərbi hissələrdə neçə müddət təlim keçəcəklərini biz deyə bilmərik".

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə bildirdilər ki, gənclərin yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır. "Narahatçılığa heç bir ehtiyac yoxdur. Bu sadəcə hərbi təlimlərlə əlaqədardır. İnsanların həyacana qapılmasınlar. Ancaq onu deyə bilərik ki, oyunlarla əlaqədar olaraq çağırılacaq gənclərin sayı kifayət qədər çoxdur"(ANS).

Xatırladaq ki, bu ayın 6-si Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.



Reytinq: