» » Bakı metrosunda intihar


Bakı metrosunda intihar

5-09-2015, 13:34
Oxunub: 820
Çap et
Hazırda oğlanın çıxarılması istiqamətində işlər aparılır.
Bakı metrosunda intihar
Bu gün Bakı Metropoliteninin "28 May" metrostansiyasında bədbəxt hadisə baş verib.

Hadisə şahidlərinin milliyyet.az-a verdiyi məlumata görə, 20 yaşlı bir oğlan özünü qatarın altına atıb. İntihar edən şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda metropoliten stansiyalarında qatarların hərəkəti dayandırılıb. Meyitin platformadan çıxarılması istiqamətində işlər aparılır.

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqlədi və hazırda hadisə yerində olduğunu və araşdırmaların aparıldığını dedi.



Reytinq: