» » Bakı polisindən xüsusi əməliyyat


Bakı polisindən xüsusi əməliyyat

5-01-2015, 16:49
Oxunub: 1008
Çap et
Bakı polisindən xüsusi əməliyyat

Ötən gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlarda külli miqdarda narkotik maddə müsadirə edilib.

milliyyet.az Axar.az-a istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları Salyan rayon sakinləri Şöhrət Ağayev və Abış Ələkbərov 1 kiloqram 110 qram marixuananı satarkən yaxalamışlar.

İdarə əməkdaşları daha bir əməliyyat da gerçəkləşdirib. Belə ki, ötən gün Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mersedes” markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilib və narko-tacir dərhal həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Astara rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Quliyevdən 503,127 qram heroin götürülüb.



Reytinq: