» » Azərbaycan Avropa Oyunlarında 9-cu qızıl medalını qazandı


Azərbaycan Avropa Oyunlarında 9-cu qızıl medalını qazandı

17-06-2015, 20:09
Oxunub: 690
Çap et
Azərbaycan Avropa Oyunlarında 9-cu qızıl medalını qazandıAzərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günündə daha bir qızıl medal qazanıb.

Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Toğrul Əsgərov Heydər Əliyev adına İdman Sarayında keçirilən final görüşündə İtaliya təmsilçisi Frank Markes Çamizo ilə qarşılaşıb.

Olimpiya çempionumuz italyan rəqibi ilə gərgin mübarizə şəraitində keçən qarşılaşmada vaxtından əvvəl tam üstünlüklə (tuşe) qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb.

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov 7:8
1/8 final - Mihail Sava (Moldova) - Toğrul Əsgərov 0:10
1/4 final - Maxime Fiquet (Fransa) - Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Azamat Nurikov (Belarus) 7:2
FİNAL - Frank Çamizo (İtaliya) - Toğrul Əsgərov 2:4

Xatırladaq ki, bu gün Toğruldan başqa Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Onlardan Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, Avropa Oyunlarının bürünc medalını qazana bilməyib. Bir az sonra isə digər pəhləvanlarımız - Xetaq Qazyumov (97 kq) finalda, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.



Reytinq: