» » Azərbaycan 7-ci qızıl medalını qazandı


Azərbaycan 7-ci qızıl medalını qazandı

15-06-2015, 19:49
Oxunub: 722
Çap et
İyunun 15-də Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar.

Azərbaycan 7-ci qızıl medalını qazandıQadın güləşçilərin mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik final görüşündə Bolqarıstan idmançısı Elitsa Yankovaya qalib gələrək Azərbaycana yeddinci qızıl medalı qazandırıb. M.Stadnik rəqibinə böyük hesabla (12:1) qalib gələrək final görüşünü vaxtından əvvəl başa vurub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadın güləşçimizin oyununu izləyiblər.



Reytinq: