» » Ermənilər azərbaycanlı qadına hücum etdi- Parisdə


Ermənilər azərbaycanlı qadına hücum etdi- Parisdə

22-05-2015, 20:20
Oxunub: 863
Çap et
Ermənilər azərbaycanlı qadına hücum etdi- ParisdəErmənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlanmasından əsəbləşən erməni "tarixçi" və başqa ermənilər Azərbaycan vətəndaşı olan qadının üstünə hücum çəkiblər.


milliyyet.az Report-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisin 5-ci rayon bələdiyyəsinin binasında irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın işğal etməsinə haqq qazandırmaq məqsədilə yığıncaq keçiriblər.

Həmin toplantıda Türkiyə əsilli vətəndaşların Fransadakı siyasi prosesə inteqrasiya etməsi yönündə fəaliyyət göstərən "Obyectif 21" Dərnəyinin rəhbərlərindən Tahsin Tek və Julien Yurdakul da olub.

Məlumatda bildirilib ki, erməni "tarixçi"si, irqçı Klod Armen Mutafyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə "haqq qazandırmağa" çalışıb. Xəbərə görə, toplantıya gələn Azərbaycanın qadın vətəndaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb. Bundan əsəbləşən erməni "tarixçi" Klod Armen Mutafyan və başqa ermənilər onun üstünə hücum çəkiblər.

Türkiyəlilər həmin azərbaycanlını ermənilərin əlindən zorla qurtarıblar.

"Obyectif 21" Dərnəyinin sədri Tahsin Tek hadisədən sonra Dağlıq Qarabağın işğal olunması ilə bağlı gerçəkliyi yorulmadan Fransanın hər yerində təbliğ etməkdən yorulmayacağını bildirib.

Qeyd edək ki, K.Mutafyan 1942-ci ildə Fransanın Klamar bölgəsində anadan olub. "Tarixçi", "riyaziyyatçı", "ermənişünas" kimi tanınır.



Reytinq: