» » Yanğına görə "Eurovision" qərarı


Yanğına görə "Eurovision" qərarı

20-05-2015, 00:13
Oxunub: 753
Çap et
İTV 1-ci yarımfinalını İctimai Televiziya yayımlamamaq barədə qərar verib

Yanğına görə "Eurovision" qərarımilliyyet.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə əlaqədar öz proqramına daha bir ciddi dəyişiklik edib.

İTV-dən verilən məlumata görə, bu gecə 00:00 Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını İctimai Televiziya yayımlamamaq barədə qərar verib.

Qeyd edək ki, yanğın zamanı aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Ölənlər arasında 2-si qız, digər 2-si isə oğlan uşağı olmaqla 4 azyaşlı olub.
Mənbə
ANS PRESS



Reytinq: