» » Şəkinin keçmiş icra başçısı həbs olunub


Şəkinin keçmiş icra başçısı həbs olunub

11-05-2015, 20:15
Oxunub: 2165
Çap et
Onun adı “Cahangir Hacıyev işi”ndə keçir

Şəkinin keçmiş icra başçısı həbs olunubŞəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub.

milliyyet.az hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.

M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunub.

Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.

Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı ildə Bakıda anadan olub.

Şəki Şəhər İcra Hakimyyətinin başısı təyin olunana qədər - 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru olub.

Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktorudur. Murad Cabbarlı Zaqatala və Balakəndəki fındıq sexlərinin sahiblərinə inzibati rıçaqlarla təzyiq göstərərək onlardan məhsulu dəyər-dəyməzinə alıb.



Reytinq: