» » I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb


I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb

9-05-2015, 12:05
Oxunub: 1397
Çap et
20 idman növündə 6 mindən çox idmançı mübarizə aparacaq.

I Avropa Oyunlarına artıq 100 000 bilet satılıbBakı-2015 I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb.

milliyyet.az xəbər verir ki, bu barədə Oxu.Az-a I Avropa Oyunlarının Əməliyyat Komitəsindən bildiriblər.

Məlumata əsasən, ən çox bilet Bakı-2015 I Avropa Oyunlarının açılış mərasiminə, üzgüçülük və güləş yarışlarına satılıb.

Qeyd edək ki, iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən şatış məntəqələrindən, www.baku2015.com saytından onlayn almaq mümkündür. I Avropa Oyunlarına 600 000 bilet satışa çıxarılıb.

Əlavə edək ki, Bakı-2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6 mindən çox idmançı mübarizə aparacaq.



Reytinq: