» » Hərbi xidmətə çağırılanlar üçün şad xəbər


Hərbi xidmətə çağırılanlar üçün şad xəbər

30-12-2014, 16:35
Oxunub: 1041
Çap et
Hərbi xidmətə çağırılanlar üçün şad xəbər


2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları bu gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

milliyyet.az Report.az-a istinadən xəbər verir ki, bu barədə SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Nurəddin Heydərov məlumat verib.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür. Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.



Reytinq: