» » Oqtay Əsədov: "İclasdan əvvəl prezidentlə görüşdüm"


Oqtay Əsədov: "İclasdan əvvəl prezidentlə görüşdüm"

30-12-2014, 15:08
Oxunub: 565
Çap et
Oqtay Əsədov: "İclasdan əvvəl prezidentlə görüşdüm"


Milli Məclisin 2014-cü ildə payız sessiyasının sonuncu iclası başlayıb.

milliyyet.az-ın Teleqraf.com-a istinadən yaydığı xəbərə görə, spiker Oqtay Əsədov deyib ki, iclas cari məsələlər müzakirəyə çıxarılmadan keçiriləcək.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Oqtay Əsədov Milli Məclisə 10 ilə yaxındır ki, uğurla rəhbərlik edir: “Bu müddətdə Milli Məclis uğurla fəaliyyət göstərib, iqtisadi inkişaf üçün qanunvericilik bazası hazırlayıb, beynəlxalq qurumlarla qarşılıqlı sürətdə ciddi iş aparıb. Görülən işçlər çoxdur və bu haqda saatlarla danışmaq olar. Çox əlamətdar haldır ki, prezident dünən sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu sizin simanızda Milli Məclisə verilən qiymətdir. Deputat həmkarlarım adından sizi yubiley münasibəti ilə təbrik edirik. Biz bununla kifayətlənmirik. Arzu edirik ki, sizin 70-80 yaşınızı da burada təbrik edək”.

Oqtay Əsədov isə bildirib ki, Məclisə gəlməzdən öncə prezident onu qəbul edib, "Şərəf" ordenini təqdim edib və onun adından deputatlara təbrikini çatdırıb.



Reytinq: