» » "O kabinet naziri deyil"


"O kabinet naziri deyil"

30-12-2014, 14:43
Oxunub: 905
Çap et
"O kabinet naziri deyil"

Deputatlar hərbi xidmət haqqında qanuna dəyişikliyi müzakirə ediblər
Milli Məclisin bu ilin sonuncu plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

milliyyet.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin qəbul edilməsində əsas məqsəd uçot və qeydiyyatın təkmilləşdirilməsidir. Komitə sədrinin sözlərinə görə, bəzi texniki və redaktə xarekterli dəyişikliklər də qanun layihəsində öz əksini tapıb.

Millət vəkili Fəzail Ağamalı da qanun layihəsi ilə bağlı müzakirəyə qoşulub. O bildirib ki, Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxaql qüvvələr Ermənistanı müdafiə edir:

“Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq. Müdafiə naziri Zakir Həsənovun atdığı atdımlar da onun kabinet naziri deyil, əsgərlər arasında olan nazir olduğunu göstərir. Bu qanun layihəsi hərbi quruculuğumuzu, ordumuzun daha operativ və çevikliyini artırmağa yönəlib”.



Reytinq: