» » Dərnəgül yolunu yenə qazırlar


Dərnəgül yolunu yenə qazırlar

3-12-2014, 16:15
Oxunub: 657
Çap et
Dərnəgül yolunu yenə qazırlar


"Azəryolservis" təmirdən sonra yenicə istifadəyə verilmiş Ziya Bünyadov prospektində qazıntı aparılması məsələsinə aydınlıq gətirib.

Milliyət.az xəbər verir ki, "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, həmin ərazidə asfalt-beton örtüyünün keyfiyyətində heç bir problem yoxdur. Təmir olunan yolun yenidən qazılması isə temperatur – deformasiya tikişinin vurulması ilə bağlıdır.

“Həmin qazıntı kimi göstərilən yer Ziya Bünyadov prospektinin Əlyar Əliyevlə kəsişdiyi, “Çermet” körpüsü adlanan ərazidir və o ərazidə temperatur – deformasiya tikişləri quraşdırılır. Temperatur tikişinin növü və ölçüsü körpünün aşırım qurğusuna uyğun olaraq müəyyən edilir. Daha sonra asfalt-beton örtüyü kəsilir, həmin kəsilən hissədə temperatur tikişi yerləşdirilir və yol yenidən betonlanır. “Çermet” körpüsündə də 23 gediş, 23 gəliş hissədə, cəmi 46 deformasiya tikişi vurulmalıdır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, hər körpünün aşırım qurğusu olur və bu aşırım qurğusu tempareturun və başqa amillərin təsirindən uzanıb-qısala bilər. “Belə ki, aşırım qurğusu yayda temperaturun təsirindən uzanır, qışda isə qısalır. Deformasiya tikişi isə aşırım qurğusunun müxtəlif təsirlərdən uzanıb-qısalmasını, sərbəst işləməsini təmin edir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ziya Bünyadov prospektinin təmirdən sonra istismara verilməsindən sonra yenidən qazılmasına aid foto paylaşılıb.



Reytinq: