» » İlham Əliyev başsağlığı verdi


İlham Əliyev başsağlığı verdi

25-04-2015, 19:53
Oxunub: 538
Çap et
Güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı
İlham Əliyev başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Baran Yadavaya başsağlığı verib.

milliyyet.az-ın məlumatına görə, başsağlığında deyilir: "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".
Mənbə
ANS PRESS



Reytinq: