» » Səfər Əbiyevə yönləndirilən baltalar...


Səfər Əbiyevə yönləndirilən baltalar...

3-12-2014, 15:45
Oxunub: 1083
Çap et
Səfər Əbiyevə yönləndirilən baltalar...

Yaşar Cəfərlinin keçmiş nazir haqqında mövqe dəyişkənliyi nədən qaynaqlanır?
Milliyət.az Moderator.az-a istinadən xəbər verir ki, hərbi ekspert Yaşar Cəfərlinin sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılmasının Milli Şura ilə əlaqələndirilməsi barədə mətbuatda getmiş iddialara sərt reaksiya verməsi cəmiyyətdə, xüsusən illərini silahlı qüvvələrə vermiş kəsim arasında birmənalı qarşılanmadı. Azərbaycanda yıxılana balta çalmaq ənənəsi çoxdan var. Səfər Əbiyevin vəzifədən kənarlaşdırılmasından bir il sonra Yaşar Cəfərlinin yenidən zühur edib köhnə palan içi tökməsi və ötənlərdəki uğursuzluğunun heyfini çıxmağa tələsməsi haqlı olaraq bir çoxlarında ikrah doğurmağa başladı...

O üzdən sual yaranır ki, silahlı qüvvələrdən xidməti uyğunsuzluğa görə uzaqlaşdırılan bir şəxs zabit şərəfinə necə rəva bilir ki, keçmiş naziri haqqında bu cür ifadələr işlədir? Əgər Səfər Əbiyev doğrudan da onun iddia etdiyi kimi idisə, niyə illərlə onun rəhbərliyi altında can-başla qulluq edirdi? Niyə nazirliyin kadrlar idarəsindəki yüksək postundan kənarlaşdırılaraq cəbhə bölgəsinə göndəriləndə yenidən nazirin etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdı? Nəhayət, o vaxt niyə cəbhə bölgəsində hərbi xidməti özünə sığışdırmadı?

Yəqin xatırlayırsınız, Səfər Əbiyevin istefaya göndərilməsindən dərhal sonra Yaşar Cəfərli hətta sinəsini qabağa verib onu dəstəkləmiş, keçmiş nazirin hədəfə alınmasının yolverilməz olduğunu bildirmişdi. O zaman da onun bu gedişi çoxlarında təəccüb doğurmuşdu ki, bu adam niyə nala-mıxa vurur və ingilis bayrağı kimi gah bu, gah da digər mövqelərdə dalğalanır? Görünür, bütün bunlar onun iradəsi daxilində baş vermir, onu idarə edənlər var...
İndi də Yaşar Cəfərlinin Milli Şuraya üzv olaraq keçmiş nazirini öz ampluasına uyğun şəkildə aşağılamaq cəhdi bu adamın bioqrafiyasına yenidən nəzər salmağı tələb edir. Həm də Ali Baş Komandanın guya Səfər Əbiyevi vaxtilə haqq etmədiyi bir posta təyin etməsi barədə Yaşar Cəfərlinin cəmiyyətdə çaşdırıcı mövqelər formalaşdırması niyyəti əslində çox şeydən xəbər verir və bəlli olur ki, gerçəkdən də o, heç vaxt yerində olmayıb. Əks halda, Yaşar Cəfərli ən azı prezident, Ali Baş Komandanın nazir təyinatında yanılış addım atdığı barədə fikir bildirməkdən çəkinməliydi. Çünki buna onun mənəvi haqqı yoxdur. Amma görünən odur ki, cənab Yaşar Cəfərli üçün sərhədlər və mənəvi haqqın çərçivəsi öz anlamını itirib. Kaş qənaətimizdə yanılaq, əks halda təəssüflənməkdən başqa əlimizdən başqa şey gəlməyəcək...



Reytinq:
  
Яна 26 iyul 2016 18:28
Всё-таки я сделала правильный выбор, что заказала курсовую работу именно в 100 центр, потому что тут работают самые настоящие профессионалы своего дела и они написали работу, к которой вообще не придирались после моей сдачи. Я думала, что такого не бывает! В ней все было хорошо, и оформление, и уникальность и к содержанию у меня нет никаких претензий. По цене обошлось недорого для моей узкой специальности. Курсовая была по дисциплине "Инженерное оборудование территории".
Цитировать          1