» » İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışında


İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışında

20-04-2015, 14:48
Oxunub: 955
Çap et
Azad Rəhimov görülən işlərlə bağlı məlumat verdi.
İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışında
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

milliyyet.az AzərTAc-a istinadla xəbər verir ki, dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış oldular.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Sonra Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış oldular.



Reytinq: