“Azərsell”in prezidenti vəzifəsindən getdi » Milliyet.Az

“Azərsell”in prezidenti vəzifəsindən getdi

 “Azərsell”in prezidenti vəzifəsindən getdi



“Azərsell” Telekom ("Azercell") MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq şirkəti tərk edəcəyini açıqlayıb.

milliyyet.az xəbər verir ki, "Azərsell" Telekom MMC-dən Trend-ə istinadən bildirilib ki, Kiril Qaburiç “TeliaSonera” Qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara alıb.

“Azərsell” Telekomun Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən, şirkətin təsisçisi tərəfindən yeni prezident təyin edilənə qədər prezident vəzifəsini icra edəcək.
  • Sosial şəbəkədə paylaş