» » "Google Maps"dan Azərbaycana qarşı növbəti təxribat


"Google Maps"dan Azərbaycana qarşı növbəti təxribat

14-04-2015, 16:37
Oxunub: 871
Çap et
Küçələrin adları təhrif olunub.
"Google Maps"dan Azərbaycana qarşı növbəti təxribat
milliyyet.az Ölkə.Az-a istinadən xəbər verir ki, beynəlxalq axtarış sistemi olan "Google"un "Google maps" xəritəsində Azərbaycana qarşı növbəti dəfə təxribata yol verilib.

Xəritədə Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən küçələrin adları qondarma rejimin qoyduğu formada verilib. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızın müxtəlif küçələri ermənilərin adını daşıyıb. Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərində aparılan qanunsuz dəyişikliklərin istənilən formada geniş kütləyə yanlış şəkildə çatdırılması həmin qondarma rejimə dəstək kimi qiymətləndirilir.

2014-cü ilin noyabr ayında Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilmişdi. Ümumiyyətlə, bu "Google" tərəfindən edilən birinci təxribat deyi. Belə ki, bundan əvvəl də oxşar hallar baş verib və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.



Reytinq: