» » Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb - Fotolent

Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb - Fotolent

11-04-2015, 16:02
Oxunub: 2666
Çap et
Azərbaycanlı tələbənin təşkilatçılığı ilə dünyanın 50-dən çox universitetində xanim Fatimeyi Zəhra(ə) və xanım Məryəm(ə) yad olunub
Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb - Fotolent

İslam peyğəmbərinin qızı xanım Fatimeyi Zəhranın(ə) doğum günü ilə əlaqədər dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələr öz universitetlərində və universitet yaxınlığında xanımlara və müəllimlərə güllər və məktublar təqdim ediblər.

Maarifçi aksiyanın ideya müəllifi və əsas təşkilatçısı 22 yaşlı azərbaycanlı tələbə Ağa Mehdiyev İnterAz-a bunları deyib: "Ətraf mühitlə yanaşı mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada biz birlikdə bunu edə bildik.

Müxtəlif millətlərdən, dinlərdən, məzhəblərdən olan tələbələrlə bir araya gəlib hər zaman gülə layiq olan xanımlara bu münasibətlə güllər və məktublar hədiyyə etdik.

Mövzu qadın və xanım Fatimə(ə) ilə bağlı olsa da, məktubda çox böyük ehtiram bəslədiyimiz xanım Məryəmlə bağlı maarifləndirici fikirlərə də yer verdik.

İnsanlığa xanım Fatimə(ə) və xanım Məryəmə(ə) sevgimizi xanımlara gül hədiyyə etməklə bildirdik.

Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Tələbələrlə yanaşı, aksiyamıza qoşulan tələbələrin tapılmasında bir çox insanların böyük rolu oldu. Şükürlər olsun ki, bu işi görmək kimi şərəfə nail olduq."

milliyyet.az İnterAz-a istinadən dünyanın müxtəlif ölkələrindəki ali təhsil məktəblərini əhatə edən aksiyadan çəkilən görüntüləri və video materialı sizə təqdim edir:

Reytinq: