» » Bakıda daha bir avtobus biabırçılığ


Bakıda daha bir avtobus biabırçılığ

22-12-2014, 16:28
Oxunub: 671
Çap et
Bakıda daha bir avtobus biabırçılığ


milliyyet.az Anspress.com-a istinadən xəbər verir ki, Bakıda daha bir sərnişin avtobusu avtoşluq edib. Bu barədə ANS PRESS-ə oxucular məlumat veriblər.

Ramil Hacıyev adlı oxucumuzun verdiyi məlumata görə, 193 saylı sərnişin avtobusu yolboyu bütün qanunları tapdalayıb. O, addımbaşı maşını saxlayıb, sərnişinləri mindirib.

Bundan əlavə, sürücü avtobusu bir xətdən dingərinə keçirib. Qoşa xətti tapdayıb. Digər avtomobillərin hərəkətinə mane olub. Piyadaların və içəridəki sərnişinlərin həyatına təhlükə törədiblər.

Məsələ ilə bağlı Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlilə əlaqə saxladıq. Cəmiyyət rəsmisi ANS PRESS-ə bildiridi ki, məsələ araşdırılacaq.

Qanun və qaydaları kobud şəkildə pozan sürücü mütləq cəzalandırılacaq.



Reytinq: