» » Bakıda avtoxuliqanlıq edən iki sürücü həbs edilib


Bakıda avtoxuliqanlıq edən iki sürücü həbs edilib

9-04-2015, 13:37
Oxunub: 915
Çap et
Bakıda avtoxuliqanlıq edən iki sürücü həbs edilib











milliyyet.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, cari il mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, N.Cəfərov İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib. Həmçinin mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanan material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.



Reytinq: