Nazirlik əmr verdi: müfəttiş-sürücü mübahisəsi başladı » Milliyet.Az

Nazirlik əmr verdi: müfəttiş-sürücü mübahisəsi başladı

Nazirlik əmr verdi: müfəttiş-sürücü mübahisəsi başladı



Bu gündən etibarən Bakı kəndlərinə hərəkət edən marşrut xətlərində xaos müşahidə olunur. Metronun “Koroğlu” stansiyası qarşısında dayanan marşrut avtobusları ərazidən kənarlaşdırılır. Marşrutların metronun qabağından yığışdırılmasının səbəbi kimi yolda tıxacların yaranması göstərilir.

milliyyet.az Axar.az-a istinadən verdiyi məlumata görə , müxbir bu gün səhər saatlarında Nəqliyyat Departamenti əməkdaşlarının marşrut sürücülərini metronun qabağından uzaqlaşdırmasının şahidi olub. Nəqliyyat müfəttişləri sürücülərə nazirliyin əmrini çatdırıb və bildiriblər ki, bundan sonra avtobuslar “Koroğlu” körpüsünün yaxınlığında dayana bilər.

Bu da həm sürücülər, həm sərnişinlər tərəfindən narazılıqla qarşılanıb. Çünki metrodan çıxan sərnişin əvvəl avtobusa minmək üçün qısa məsafə qət edirdisə, indi körpüyə qədər piyada getməlidir.

Əməkdaşımızın məlumatına görə, səhər saatlarında sürücülərlə müfəttişlər arasında mübahisə yaranıb. Belə ki, yer dəyişkənliyi intervala təsir edib, sürücülərin iş qrafiki qarışıb. Nəticədə sürücülər arasında anlaşmazlıq yaşanır.
  • Sosial şəbəkədə paylaş