Prezident mükafat verdi » Milliyet.Az

Prezident mükafat verdi

 Prezident mükafat verdi


Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına görə idmançıların və mütəxəssislərin mükafatlandırılması mərasimində iştirak edib.

milliyyet.az-ın Anspress.com-a istinadən məlumatına görə, dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasim iştirakçıları prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.

Dövlət başçısı tədbirdə çıxış edib.

Sonra mükafatlandırma mərasimi olub.
  • Sosial şəbəkədə paylaş