» » Böcəkdən hazırlanan kolbasalar satışda - Siyahı


Böcəkdən hazırlanan kolbasalar satışda - Siyahı

1-04-2015, 14:06
Oxunub: 1028
Çap et
Böcəkdən hazırlanan kolbasalar satışda - SiyahıBakıda istehsalı dayandırılan kolbasaların satışı hələ də davam edir.

milliyyet.az-ın Axar.az-a istinadən məlumatına görə, şəhərin ərzaq mağazalarında “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasaları və “Təndir” sosiskası bu günə kimi yığışdırılmayıb.

Eyni zamanda, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Salyami” kolbasaları da satışdadır. Bu məhsullara camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.

“Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsulları bazarlarda, supermarket şəbəkələrində əhaliyə təklif olunur. Hazırda “Orxan-SS” firması bu məmulatları ticarət şəbəkələrinə paylamaqda və satmaqdadır.

Qanun pozuntusuna yol vermiş “Orxan SS” istehsal-kommersiya firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi açıqlanıb.

Yada salaq ki, müəssisədə istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasaları və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.

Məlumatda o da deyilir ki, Bakıda “Kristal CF” kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb. Məlumata görə, Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.



Reytinq: