» » Millət vəkili benzinin qiymətinin aşağı salınmamasına etiraz etdi


Millət vəkili benzinin qiymətinin aşağı salınmamasına etiraz etdi

19-12-2014, 15:53
Oxunub: 841
Çap et
Millət vəkili benzinin qiymətinin aşağı salınmamasına etiraz etdi


"Əgər Azərbaycanda sərbəst bazar iqtisadiyyatıdısa, neftin qiyməti iki dəfə aşağı düşübsə, niyə heç olmasa idxal olunan benzinin qiyməti düşməməlidir?"

milliyyet.az xəbər verir ki, İqtisadçı millət vəkili Moderator.az-a istinadən açıqlamasında bildirir ki, dünya bazarında neftin qiymətinin 100 faiz aşağı düşməsi fonunda benzinin qiymətinin hələ də aşağı salınmamasına bir daha münasibət bildirib və tərəddüdlərin yersiz olduğunu qeyd edib:

"Mən Milli Məclisdəki çıxışımda 95 markalı benzinin qiymətindən danışmışdım və bu benzin xaricdən idxal olunduğu üçün əlavə prosedurlara, yəni tutaq ki, Tarif Şurasına müraciət etməyə ehtiyac yoxdur. Bu benzini idxal edən də iki əsas qurumdur- SOKAR və Azpetrol. Əgər Azərbaycanda sərbəst bazar iqtisadiyyatıdısa, neftin qiyməti iki dəfə aşağı düşübsə, niyə heç olmasa idxal olunan benzinin qiyməti düşməməlidir? Mən demirəm ki, adekvat olaraq qiyməti iki dəfə aşağı salsınlar. Hətta simvolik bir rəqəm olsa belə, məsələn 5-10 qəpik aşağı salınmasının özü bazarı sakitləşdirə bilər və əhali də bundan məmnun olar. Necə olur ki, Rusiyada, Gürcüstanda və Türkiyədə benzinin qiyməti düşdü, amma bizdə dəyişmədi? İkincisi də təkcə idxal olunan deyil, elə Azərbaycanda istehsal olunan benzinlərin də qiyməti aşağı salınmaldır. Məncə Tarif Şurası buna da baxmalıdır. Mən ehtiyatlılğı anlayıram, amma cüzi də olsa qiymətlərə yenidən baxılmalıydı ki, insanlar rahatlaşsınlar. Burada qeyri-adi bir şey də yoxdur. Sadəcə tərəddüd edilmədən bu addım atılmalıdır."

Qeyd edək ki, millət vəkili ilə geniş müsahibəni sabah saytımızdan oxuya bilərsiniz.



Reytinq: