» » Dolların daha bir qurbanı


Dolların daha bir qurbanı

26-03-2015, 13:30
Oxunub: 718
Çap et
Yəməndə başlayan hərbi əməliyyatlar dolların məzənnəsinə təsir edib.
Dolların daha bir qurbanı
















milliyyet.az Anspress.com-a istinadən xəbər verir ki, , neftin qiymətinin bir gündə 5 dollara qədər bahalaşmasından sonra dünya birjalarında dolların məzənnəsi də yüksəlməyə başlayıb.

Son hərbi proseslər fonunda dollar Türkiyədə günə sərt yüksəlişlə başlayıb. Ötən gün 1 dolların 2,57 türk lirəsinə bərabər olmasına baxmayaraq, bu gün məzənnə 2,6031-ə qədər yüksəlib.

Türk lirəsinin dollar qarşısında ucuzlaşması bir gündə 1,25-i ötüb. Avro isə TL ilə ifadədə 2,8484 səviyyəsinə yüksəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyata başlaması dünya birjalarında canlanmaya səbəb olub.



Reytinq: