» » Milli Şura yenə mitinq keçirmək istəyir, özü də eyni tələblə...


Milli Şura yenə mitinq keçirmək istəyir, özü də eyni tələblə...

16-03-2015, 15:29
Oxunub: 773
Çap et
Milli Şura yenə mitinq keçirmək istəyir, özü də eyni tələblə...Milli Şura aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

milliyyet.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib.

F.Qəhrəmanlı deyib ki, bu gün BŞİH-ə ünvanlanan müraciətdə Milli Şuranın aprelin 5-də saat 15:00-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.

Xatırladaq ki, Milli Şura martın 15-də də eyni tələblə BŞİH-lə razılaşdırılmış mitinq keçirib.



Reytinq: