» » Pensiyaçılara bayram müjdəsi


Pensiyaçılara bayram müjdəsi

17-12-2014, 13:51
Oxunub: 868
Çap et
Pensiyaçılara bayram müjdəsi


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

milliyyet.az ANS PRESS-ə istinadən verilən məlumata görə, qurumdan DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-i tarixinə tam yekunlaşıb.

2014-cü ilin 11 ay ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5 milyon manat çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537,0 milyon manata çatıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1milyon manat çoxdur.

11 ayı ərzində Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldili ki, bu da 275,3 milyon manat və ya 12 faiz çoxdur.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.



Reytinq: