» » Cəbhədə şiddətli atışma: şəhid verdik


Cəbhədə şiddətli atışma: şəhid verdik

12-03-2015, 10:50
Oxunub: 680
Çap et
Cəbhədə şiddətli atışma: şəhid verdikErmənilər mövqelərimizə basqın etməyə çalışıb

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. milliyyet.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!



Reytinq: