» » Sakinlər təhlükədə: SOCAR şefinə müraciət olundu


Sakinlər təhlükədə: SOCAR şefinə müraciət olundu

17-12-2014, 11:29
Oxunub: 741
Çap et

Sakinlər təhlükədə: SOCAR şefinə müraciət olundu

Şirvan şəhər sakinləri ARDNŞ prezidenti Rövnəq Abdullayevdən kömək istəyirlər.

milliyyet.az Axar.az-a istinadən verdiyi məlumata görə, sakinlərin “SOCAR Petroleum” QSC-nin 2 saylı Neft Terminalı bazasında ümumi qaydalara əməl olunmur və bu da öz növbəsində insan həyatı üçün təhlükə mənbəyidir. Şəhərin Çılpaqlı adlanan massivində yaşayan əhali bu neft bazasından daha çox narahatdır. Neft bazasının ətrafında kifayət qədər fərdi həyət evləri var.

Sakinlərin sözlərinə görə, bazadan neft məhsulları daşıyan ağır yük maşınları aidiyyəti qurumların müayinəsindən keçməyiblər. Bu yük maşınlarının “nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması” üçün şəhadətnaməsi və Baş Dövlət Yol Polisi tərəfindən “təhlükəli yükün daşınma marşrutu” üçün verilən sənədi yoxdur.

Həmin avtomobillər yanacaqla dolu bazadan çıxır və yaşayış evlərinin yaxınlığı ilə hərəkət edərək olduqca təhlükəli vəziyyət yaradırlar. Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən araşdırma aparılıb və nöqsanlar aşkarlanıb.

Ancaq “SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov əhalinin narahatlığına səbəb olan təhlükəli situasiyanın aradan qaldırılması üçün tədbir görmür. Sakinlər ARDNŞ prezidentindən təhlükəli vəziyyətin aradan qaldırılmasına göstəriş verməsini rica edirlər.



Reytinq: