» » DİQQƏT: əhaliyə xəbərdarlıq!


DİQQƏT: əhaliyə xəbərdarlıq!

3-12-2014, 12:37
Oxunub: 1056
Çap et
DİQQƏT: əhaliyə xəbərdarlıq!

Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Milliyət.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi deyir ki, yollar yağışlı və qarlı, eyni zamanda sürüşkən olduğu sürücülər sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb.

Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.

“Piyadaların üst-başını su ilə isladan sürücülər yol polisi tərəfindən cəzalandırılacaq. Belə sürücüləri 40 manat məbləğində cərimələr gözləyir. Noyabr ayında piyadaları çirkli sularla isladan 31 sürücü barəsində protokol tərtib olunub. Bundan başda, piyadalar da şikayətlər edib. Müşahidə kameraları vasitəsilə belə hallar qeydə alınır”, - deyə Vaqif Əsdov bildirib.



Reytinq: