» » İcra başçısının keçmiş müavini: “Ona dedim vəzifədənsə maşın alverinə keç...”


İcra başçısının keçmiş müavini: “Ona dedim vəzifədənsə maşın alverinə keç...”

15-12-2014, 16:17
Oxunub: 679
Çap et
İcra başçısının keçmiş müavini: “Ona dedim vəzifədənsə maşın alverinə keç...”

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin, habelə Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

milliyyet.az Virtualaz.org saytınına istinadən bildirir ki, məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, işlə bağlı 3 şahid dindirildi.

Əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş I müavini Qəzənfər Novruzov ifadə verdi. O, istintaqa verdiyi ifadəni təsdiqlədiyini dedi.

Q.Novruzov adı cinayət işində zərərçəkən kimi keçən Ramazan Səlimovdan 100 min manat almadığını bildirdi. Dedi ki, R.Səlimov özünü ona iş adamı kimi təqdim edib və işə düzəlmək istədiyini söyləyib: “Mən onu işə düzəltməklə bağlı söz verməmişəm. Məsləhət görmüşəm ki, pul qazanmaq istəyirsə, Almaniyadan maşın gətirib satsın. Səlimovun dediklərinin hamısı yalandır”.

Sonra növbəti şahid Elxan Azadəliyev ifadə verdi. E.Azadəliyev sabiq hakim Həsən Əliyevin onun adına bankdan götürdüyü 490 min manatlıq kreditlə bağlı ifadə verdi.

Şahid qismində ifadə verən Respublika Hərbi Prokurorluğunun müstəntiqi Ülvi Əhmədov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və bu işə heç bir aidiyyətinin olmadığını dedi.

Məhkəmə prosesində zərərçəkən Ramazan Səlimov və onun nümayəndəsi iştirak etmirdi. R.Səlimov səhhətindəki problemlə görə məhkəməyə gəlməyib.

Qeyd edək ki, daha iki şəxs - Tariyel Haqverdiyev və Qüdrət Yəhyayev ifadə vermək üçün məhkəməyə çağırılıblar. Lakin Həsən Əliyev və vəkili bu iki şəxsin Ramazan Səlimov gəlmədən ifadə verməsinə etiraz etdi. Bununla da proses yekunlaşdı. Növbət məhkəmə prosesi sabah - dekabrın 16-da olacaq.



Reytinq: