» » “ABŞ-da girovların qaytarılmasına dair məsələ qaldırmışıq”- Səməd Seyidov


“ABŞ-da girovların qaytarılmasına dair məsələ qaldırmışıq”- Səməd Seyidov

25-02-2015, 19:51
Oxunub: 415
Çap et
“ABŞ-da girovların qaytarılmasına dair məsələ qaldırmışıq”- Səməd Seyidov“Biz azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı ABŞ-da məsələ qaldırmışıq”.


milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məsələ ABŞ Dövlət Departamentində ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorliklə görüşdə və Senatda qaldırılıb: “Onlar da yüksək səviyyədə bu məsələni qabardırlar. ABŞ və beynəlxalq təşkilatlar bu humanitar məsələyə müsbət münasibət bildirdiyi halda, Ermənistan buna qətiyyən yox deyir və qeyri-ciddi münasibət bəsləyir. Bunlar Ermənistanın iç üzünü açır, qeyri-konstruktiv olduğunu göstərir və ona dəlalət edir ki, Ermənistanla münasibət qurmaq çox çətin məsələdir”.

Millət vəkili ABŞ-Azərbaycan əlaqələrinin getdikcə inkişaf edəcəyini bildirib: “ABŞ böyük dövlətdir. Sadəcə ABŞ-la ünsiyyətdə, münasibətdə heç zaman millətin, dövlətin maraqlarını ikinci plana çəkmək lazım deyil. Bu həmişə öndə olmalıdır, onda başqa münasibətlər də yüksək səviyyədə inkişaf edəcək”.



Reytinq: