» » General Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxardı


General Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxardı

15-12-2014, 15:16
Oxunub: 915
Çap et
General Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxardı

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb.

milliyyet.az APA-ya istinadən verdiyi məlumata görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.



Reytinq: