» » Ordumuz şəhid verdi


Ordumuz şəhid verdi

21-02-2015, 10:53
Oxunub: 1013
Çap et
Ordumuz şəhid verdi

Düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb

milliyyet.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atıb.
Fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!



Reytinq: