» » Bakı-İstanbul aviareysləri təxirə salındı


Bakı-İstanbul aviareysləri təxirə salındı

19-02-2015, 09:47
Oxunub: 767
Çap et
Bakı-İstanbul aviareysləri təxirə salındı
Türkiyədə hökm sürən sərt hava şəraiti səbəbindən Bakıdan İstanbula yerinə yetirilən bütün aviareyslər təxirə salınıb.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, bu gün Bakıdan İstanbulun Atatürk hava limanına 09:45 və 17:15 radələrində həyata keçirilməsi nəzərdə tutulan aviareyslər təxirə salınıb.

milliyyet.az Axsam.az-a istinadən xəbər verir ki, “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib.

Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk havalimanının işini iflic edib.

Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb. Kommunal xidmətlər yolları təmizləməyə çalışsalar da, bir çox yollarda tıxaclar yaranıb, ictimai nəqliyyatın fəaliyyəti qismən dayandırılıb.

Qeyd edək ki, təxirə salınan aviareyslərin 6500-ə yaxın sərnişini otellərdə yerləşdirilib, 15 minə yaxın sərnişinə isə hava limanı daxilində xidmət göstərilir.



Reytinq: