» » “Qaçqınkom” Şəbnəm Nəsibova ilə bağlılığını təkzib etdi


“Qaçqınkom” Şəbnəm Nəsibova ilə bağlılığını təkzib etdi

12-12-2014, 11:40
Oxunub: 2034
Çap et
“Qaçqınkom” Şəbnəm Nəsibova ilə bağlılığını təkzib etdi


Elçin Qədimov: “Bu şəxsin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə hər hansı bir bağlılığı yoxdur”
Dünən saytımızda vətəndaş Nəsirov Cəlil Fərman oğlunun məktubu əsasında “Ərini zorlama maddəsi ilə həbs etdirməklə kifayətlənmədi...” sərlövhəli yazı yer alb. (http://moderator.az/?xeber=64397 ). Yazıda Nəsibova Şəbnəb Tofiq qızının bəzi yetkili şəxslər, o cümlədən "Qaçqınkom" sədri Əli Həsənovun adından istifadə edərək məhkəmələrə təzyiq göstərdiyi ilə bağlı iddialar yer alır.
Bu gün milliyyet.az Moderator.az- istinadən xəbər verir ki, əlaqə saxlayan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Şəbnəm Nəsibova adlı şəxslə təmsil olunduğu qurumun hər hansı bağlılığının olmadığını vurğuladı:
“Nəsibova Şəbnəm Tofiq qızı ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hər hansı bir bağlılığı yoxdur. Habelə, bu şəxs tərəfindən bizə heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də bildiririk ki, yazıda Şəbnəm Nəsibovanın guya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə əlaqəsi ilə bağlı yer alan iddialar həqiqəti əks etdirmir”.



Reytinq: