» » “Lamiyə Quliyeva bu gün azadlığa çıxa bilər” – VƏKİL


“Lamiyə Quliyeva bu gün azadlığa çıxa bilər” – VƏKİL

13-02-2015, 12:55
Oxunub: 902
Çap et
“Lamiyə Quliyeva bu gün azadlığa çıxa bilər” – VƏKİL

Bu gün saat 11.30-da Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevaya verilən ikinci cəzanın ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılacaq.

milliyyet.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev deyib.

O bildirib ki, bu günkü məhkəmə prosesində L.Quliyevanın cəzası yüngülləşəcək: “Bu, birbaşa məhkəmə səlahiyyətinə aid məsələ olduğundan şərh vermək istəmirəm. Amma bir halda ki, cəzanın yüngülləşməsi haqda hökm verilib. Deməli, Lamiyə Quliyeva bu gün məhkəmədən azadlığa çıxa bilər”.

Qeyd edək ki, Lamiyə Quliyeva Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilib. Həbsxanada onun barəsində daha bir cinayət işi başlanıb. Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib.



Reytinq: