» » “Kapitalbank”ın ünvanlı sosial yardımda kart oyunu


“Kapitalbank”ın ünvanlı sosial yardımda kart oyunu

11-12-2014, 14:47
Oxunub: 775
Çap et
“Kapitalbank”ın ünvanlı sosial yardımda kart oyunu


Ünvanli sosial yardımların təyin edilməsində baş verən korrupsiya halları heç kəsə sirr deyil. milliyyet.az Dia.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ 2011-ci ildə bu korrupsiyanın qarşısını almaq üçün plastik kartların müvəkkil banklar tərəfindən vətəndaşlara çatdırılması sisteminin tətbiqinə başladı. Ancaq məlum oldu ki, Sosial Müdafiə Mərkəzlərində çalışanlar daha yaradıcı işləyə bilirlər.
Mərkəzlər ünvanlı sosial yardım düşən ailələrə plastik kartı verən zaman əvvəlcədən məbləğin bir hissəsi alır. Bu hallar müxtəlif rayonlarda müxtəlif səviyyələrdədir. Bəzi yerlərdə dörd, bəzi yerlərdə beş, hətta altı aylıq pul alan mərkəzlər də var. Deməli, plastik kartların birbaşa bank tərəfindən verilməsi də problemin həlli olmayıb. Əsasən də bölgələrdə.
Çünki bəzi rayonlarda plastik kartlar “Kapitalbank” tərəfindən verilir. Bizimxeber.az-a daxil olan məlumata görə, qaydalar üzrə vətəndaş kartı bankdan götürməlidir. Ancaq “Kapitalbank”ın rayon filialları yerli Sosial Müdafiə Mərkəzlərinin rəhbərləri ilə əlaqəyə girərək, kartları onlara verir. Bu o halda olur ki, vətəndaş əvvəlcədən tələb olunan pulu verə bilmir. Mərkəz rəhbərləri isə “Kapitalbank”la işbirliyinə girərək, kartı onlardan alır, özünə düşən payı aybaay kartdan götürdükdən sonra sahibinə təqdim edir. Əksər hallarda vətəndaşların şikayət etdikləri kartların gec verilməsinin səbəbi də budur. Məsələn, Bizimxeber.az-a daxil olan məlumata görə, belə rayonlardan biri də Neftçaladır. Məlumatda qeyd olunur ki, Neftçala Sosial Müdafiə Mərkəzinin rəhbəri Vurğun Əkbərov bu yolla milyonlar qazanır. Məlumata görə, V.Əkbərovun seyfində 100-dən artıq yardım kartı olur.
Ümid edək ki, Füzuli Ələkbərovun zamanından qalan bu rüşvət mexanizmi yeni nazirin fəaliyyəti dövründə aradan qalxacaq. Səlim Müslümovun nazir gələndən sonra atdığı addımlar da buna ümid verir.
Qarşı tərəflərin mövqeyini dinləməyə hazırıq.



Reytinq: