» » Müxalifət Əli Həsənovla görüşəcək


Müxalifət Əli Həsənovla görüşəcək

11-12-2014, 11:52
Oxunub: 651
Çap et
Müxalifət Əli Həsənovla görüşəcək


KXCP, ADP, ALDP və AXP rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək.



KXCP sədri Mirmahmud Mirəlioğlu milliyyet.az “Qafqazinfo”ya istinadən açıqlamasında görüş üçün razılıq verildiyini bildirib: “Görüş olacaq və nəticə haqda da məlumat veriləcək”.

M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: “İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, görüş yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər.



Reytinq: