» » Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı tutulub


Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı tutulub

10-02-2015, 14:45
Oxunub: 595
Çap et
Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı tutulub
Onun barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.

milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulub.



Reytinq: