» » Aslan Aslanovun həbs xəbəri yayıldı


Aslan Aslanovun həbs xəbəri yayıldı

10-02-2015, 12:51
Oxunub: 893
Çap et
Aslan Aslanovun həbs xəbəri yayıldı

milliyyet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, etibarlı mənbədən aldığımız məlumata görə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov həbs olunub.

Bunu A.Aslanovun oğlunun qətlində təqsirləndirilərək həbs edilən Vüqar Əliyevin (Lamiyə Quliyevanın nışanlısı) hüquqlarını müdafiə edən tanınmış vəkil Adəm Məmmədov öz Facebook profilində bildirib. Vəkilin yazdığına görə hüquq mühafizə orqanları xəbəri rəsmən təsdiq etməsələr də, nazir müavininin həbsinə hazırlıq getməsi barəde xəbər təkzib də edilməyib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.



Reytinq: