» » "Azərsun" özünün istehsal etdiyi duzun təhlükəli olduğunu etiraf edib


"Azərsun" özünün istehsal etdiyi duzun təhlükəli olduğunu etiraf edib

11-12-2014, 10:33
Oxunub: 631
Çap et
"Azərsun" özünün istehsal etdiyi duzun təhlükəli olduğunu etiraf edib

DİA.AZ: - 2010-cu ilin avqust ayında bəh-bəhlə açılıb istifadəyə verilən «Azərduz» zavodu nəzərdə tutulduğu kimi, vətəndaşları xəstəlik mənbəyi olan kustar üsulla istehsal olunmuş duzların təhlükəsindən qurtarmaq əvəzinə, özü təhlükə rolunu oynamaqdadır.

milliyyet.az DİA.AZ redaksiyasına istinadən verdiyi məlumatlardan aydın olur ki, bu günlərdə yerli duz sexlərindən birinin nümayəndəsi «Azərduz»da istehsal olunmuş duz məhsullarından bir neçə nümunə götürərək onu özünün istehsal etdiyi duz kimi təqdim edib və labaratoriya nəticələrini almağa çalışıb.

Bu barədə sex sahibinin söylədikləri: ««Azərduz» işə başlayandan sonra bizim qara günlərimiz başladı. 17 yerli sexin fəaliyyətinə qadağa qouldu. Qanunsuz olaraq Masazırdakı duz gölü «Azərsun» Holdinqin inhisarına verildi. Bizi də təhlükəli duz istehsal etməkdə ittiham edib, fəaliyyətimizə qadağa qoydular ki, «Azərduz»un məhsulları bazarda at oynatsın. Bu gün istədikləri qiymətə duz satırlar. Mən də «Azərduz»un məhsullarını nümunə kimi götürüb, elə «Azərduz»un öz labaratoriyasına təqdim etdim. Nəticələr çox ilginc oldu. Özləri bilmədən diaqnoz qoydular ki, məhsulda yodun miqdarı çoxdur və bu da sonradan duzun göyərməsinə nədən olur, eyni zamanda insan həyatı üçün təhlükəlidir».

Sex rəhbəri bizimlə söhbətində onu da bildirdi ki, günü bu gün də «Azərduz» zavodunun keşiyində bu zavoda payçı olan iqtisadi inkişaf nazirliyinin antiinhisar xidməti dayanmaqdadır: «Bizim məhsulları təhlükəli elan edirlər, amma öz labaratoriyaları da təsdiqlədi ki, təhlükəli olan onların öz duzlarıdır».



Reytinq: