» » Ziya Bünyadov küçəsi bağlanır


Ziya Bünyadov küçəsi bağlanır

11-12-2014, 10:13
Oxunub: 836
Çap et
Ziya Bünyadov küçəsi bağlanır



Bakının bu prospektində avtomobillərin hərəkəti dayandırılacaq
Ziya Bünyadov prospektindən istifadə edən sürücülərə bəd xəbər. 4 gün ərzində prospektin müəyyən hissəsində yol bağlı olacaq.

milliyyet.az ANS TV-ə istinadən verdiyi məlumata görə, bu gecə saat 12-dən ebtibarən mərkəzi prospektlərdən birində nəqliyyatin hərəkəti dayandırılacaq. Belə ki, Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyükşor yol qovşağına qədər olan hissəsində yol bağlanacaq. Yolun bağlanmasına səbəb aparılan tikinti işləridir.

“Böyükşor yol qovşağınadan 20 Yanvar, eləcə də Qələbə kinoteatrı qarşısında yerləşən dairə istiqamətindən nəqliyyatın hərəkət tam açıq olacaq. Kifayət qədər alternativ yollarımız var. Sürücülər alternativ yol kimi Müzəffər Nərimanov və Ələsgər Qayıbov küçələrindən istifadə edə bilərlər” – deyə “Azəryolservis” MMC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

20 Yanvar istiqamətindən gələn sürücülər Əliyar Əliyev küçəsilə kəsişmədə yerləşən yol otürücüsündən aşağı hərəkət edərkən Heydər Əliyev prospektinə və həmin ərazidə Bağırov körpüsü adlanan hissədə dönmə əməliyyatı yerinə yetirməklə yenidən Böyükşor yol qovşağı istiqamətinə gedə bilərlər. Böyükşor adlanan ərazidə sürücülərin dönmə əməliyyatını həyata keçirməsilə əks istiqamətə hərəkəti üçün xüsusi hissə salınaraq asfalt beton işlərinin aparılması nəzərdə tutulub.

“Azəryolservis” MMC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, hazırda Əliyar Əliyev küçəsilə kəsişmədə yerləşən yol otürücüsündə də işlər gedir, artıq həmin hissədə işlərin böyük bir hissəsi görülüb.

Yolun bağlanması prosesi 4 gün davam edəcək. Tikinti işləri başa çatana kimi. Ona görə də, sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.



Reytinq: