» » Müsavat Xalid Bağırovla bağlı bəyanat verdi


Müsavat Xalid Bağırovla bağlı bəyanat verdi

10-12-2014, 16:34
Oxunub: 780
Çap et
Müsavat Xalid Bağırovla bağlı bəyanat verdi


Müsavat Partiyası Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı bəyanat yayıb.


milliyyet.az “Qafqazinfo”ya istinadən daxil olan bəyanatda bildirilir ki, vəzifəsi insanların hüququnun müdafiəsini təşkil etmək olar vəkillərin birləşdiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 10 dekabr Beynəlxalq İnsan Haqları Günündə növbəti dəfə insan haqlarının pozulmasına yol verib.

Vəkillər Kollegiyası qərar verib ki, tanınmış vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Məhkəmə qərarı verilənə kimi onun vəkillik fəaliyyəti dayandırılsın.

Buna səbəb kimi Şəki Apellyasiya Məhkəməsinin Vəkillər Kollegiyasına müraciəti göstərilir. Belə ki, müraciətdə “İsmayıllı hadisələri”nə görə həbs olunan İlqar Məmmədovun məhkəməsində çıxışı zamanı X.Bağırovun “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələri dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib.

Müsavat Partiyası Vəkillər Kollegiyasının bu qərarının hakimiyyətin sifarişilə verildiyini bəyan edir və bu qanunsuzluqlara son qoyulmasını, Xalid Bağırov və digər vəklillərlə bağlı ədalətsiz qərarların dərhal ləğv edilməsini tələb edir.



Reytinq: