» » Deputat yol polisinə “dana” dedi


Deputat yol polisinə “dana” dedi

2-02-2015, 20:52
Oxunub: 823
Çap et
Deputat yol polisinə “dana” dedi

“Bizim polislərdə bu mədəniyyət çatmır”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov polis işçilərinin mədəniyyətsizliyindən danışıb.

milliyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, E.İbrahimov parlamentin iclasında DİN-in parlamentdə olan nümayəndəsinin nəzərinə çatdırıb ki, serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır?

"Prezident Administrasiyasının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək.

Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm.

Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” üzr istəyirəm, haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır.

Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.

Hüquq məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma başa salanda məsələni küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır”.



Reytinq: