» » SON DƏQİQƏ! "Tarqovıy" təcili boşaldıldı, giriş qadağan edildi


SON DƏQİQƏ! "Tarqovıy" təcili boşaldıldı, giriş qadağan edildi

27-03-2020, 20:24
Oxunub: 158
Çap et
SON DƏQİQƏ! "Tarqovıy" təcili boşaldıldı, giriş qadağan edildi


Bakının mərkəzi hesab olunan Nizami küçəsinə giriş bağlanıb.

Oxu24.com -un əməkdaşı bildirib ki, bu gün günorta saatlarından etibarən polis əməkdaşları insanları şəhərin mərkəzindən kənarlaşdırıb.

Əraziyə xeyli sayda polis əməkdaşı cəlb olunub. Onlar insanları şəhərə çıxmamağa və evdə oturmağa səsləyib.Daha sonra xüsusi geyimli şəxslər "Tarqovıy" küçəsini dezinfeksiya edib.

Əldə etdiyimiz məlumata görə, şəhərin mərkəzinə giriş tam məhdudlaşdırılacaq.

Rəsmi məlumata görə, Azərbaycanda bu gün 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Reytinq: