» » Zakir Fərəcov şikayətçiləri qapıdan qovub


Zakir Fərəcov şikayətçiləri qapıdan qovub

9-12-2014, 14:46
Oxunub: 847
Çap et
Zakir Fərəcov şikayətçiləri qapıdan qovub

Xırdalan şəhərinini Mikayıl Müşfiq və Əzizbəyov küçələrində yaşayan bir qrup sakin xeyli müddətdir üzləşdikləri problemi həll edə bilmirlər. Milliyət.az xəbər verir ki, JAM.AZ-a müraciət edən sakinlərin bildirdiyinə görə, onları narahat edən əsas məsələ 119 saylı avtobusun son iki ildə marşurutunun istiqamətini dəyişərək İcra Hakimiyyətinin qabağından keçməklə M.Rəsulzadə küçəsi üzrə hərəkət etmək əvəzinə, yenidən şəhərin əsas H.Əliyev prospekti üzrə hərəkət etməsidir. “Belə olduqda avtobusa minmək üçün minlərlə sakin hər gün 500-600 metr məsafə qət etməklə Rayon Hərbi Komissarlığının yanına gəlirik. Biçarə camaat bunun səbəbini 119 saylı avtobus sürücülərindən soruşduqda isə hamısı qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bizim avtobusların Aparatın qarşısındakı küçədən keçməsinə qoyduğu qadağadır. Guya, avtobusun hərəkəti zamanı İcra Hakimiyyəti Aparatına səs olur. Bəs əgər səbəb budursa, niyə hörmətli icra başçısı ağır tonajlı yük avtomobillərinin bu küçə üzrə hərəkətinə qadağa qoymur?”

Dövlət başçısından yardım istəyən sakinlərin belə bir addım atmasına səbəb isə Abşeronun icra başçısı Zakir Fərəcovun onları dəfələrlə qapısından qovması olub. “Dərdimizi demək üçün məhəllə sakinləri Abşeron rayon İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllimin qəbuluna düşmək istəsə də, Aparatın birinci mərtəbəsində qapıda dayanmış polislər şikayətimizin məzmununu öyrənən kimi dərhal bizi qapıdan uzaqlaşdırırlar, qovurlar, qəbula yazmırlar. Görünür bu zavallılara da belə tapşırıq verilibmiş”.



Reytinq: